- Transfer
- 21:59 06.10.2026
İngiltərənin “Aston Villa” klubu Madrid “Real”ının braziliyalı hücumçusu Endriki 2027-ci ilin yanvarında heyətinə qatmaq istəyir.
-ın “Football Italia"ya istinadən məlumatına görə, 20 yaşlı forvard əsas komandada kifayət qədər oyun vaxtı almadığından narazıdır və qış transfer pəncərəsində yenidən icarəyə göndərilə bilər.
Endrik ötən mövsümü icarə əsasında Fransanın “Lion” klubunda keçirib.
Braziliyalı futbolçu ilə İtaliyanın “Roma” və “Milan” klubları da maraqlanır. “Roma” yayda onun icarəsi ilə bağlı danışıqlar aparsa da, razılıq əldə olunmayıb.
Hazırda “Aston Villa”nın Endriki transfer etmək üçün əsas namizəd olduğu bildirilir. Buna səbəb İngiltərə klubunun Çempionlar Liqasında iştirakı və komandanın baş məşqçisi Unai Emerinin olmasıdır. “Roma” da Çempionlar Liqasında çıxış edir, “Milan” isə namizədlər sırasında üçüncü hesab olunur.
Məlumata görə, Endrikin yeni klub seçimində əsas meyar mütəmadi olaraq oyun praktikasına sahib olmaq olacaq.