- Transfer
- 01:43 07.10.2026
İspaniyalı müdafiəçi Dani Karvaxal karyerasını “Xetafe”də davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, Madrid klubu 34 yaşlı futbolçunun azad agent kimi transferi ilə bağlı razılığa gəlib. “Xetafe”nin Karvaxalın rəsmi qeydiyyatını tamamlaması qalıb.
Futbolçunun şəxsi müqaviləsinin detalları açıqlanmayıb.
Karvaxal 2013-cü ildən “Real Madrid”in əsas komandasında çıxış edib. İspan müdafiəçi Madrid klubunun heyətində 451 oyunda 14 qol və 66 məhsuldar ötürmə ilə yadda qalıb.