- Transfer
- 01:43 07.10.2026
“Çelsi”nin yarımmüdafiəçisi Moyses Kaysedo sürücülük vəsiqəsi və sığortası olmadan avtomobil idarə etdiyi üçün cəzalandırılıb.
90deqiqe.Az-ın “Daily Mail"ə istinadən məlumatına görə, futbolçu məhkəmə qarşısına çıxarılıb və təxminən 1 700 avro məbləğində cərimələnib.
Hadisə 2025-ci ilin aprelində London klubunun məşq bazasının yaxınlığında baş verib. Kaysedo “Audi RSQ8” markalı avtomobildə olarkən polis tərəfindən saxlanılıb.
Bu hadisədən sonra futbolçunun hesabında 8 cərimə balı yaranıb. Qaydalara əsasən, üç il ərzində 12 bal toplanacağı təqdirdə sürücülük hüququ 6 aya qədər məhdudlaşdırıla bilər.
Hadisədən sonra avtomobil müsadirə edilib. “Çelsi” isə məsələni futbolçunun “şəxsi işi” kimi qiymətləndirib.