- Transfer
- 22:57 07.10.2026
“Bayer”in müdafiəçisi Carell Kuanşa 2027-ci ilin yayında İngiltərə Premyer Liqasına qayıda bilər.
90deqiqe.Az-ın məlumatına görə, 23 yaşlı ingilis futbolçu ilə “Çelsi”, “Liverpul” və “Arsenal” maraqlanır.
Kuanşanın transferində “Liverpul” əsas favorit hesab olunur. Buna səbəb futbolçunun “Bayer”lə müqaviləsində 70 milyon avroluq geri satınalma bəndinin olmasıdır.
Qeyd edək ki, Madrid “Real”ı da Kuanşanın çıxışını mütəmadi olaraq izləyir. İngiltərə millisində Tomas Tuxelin rəhbərliyi altında dünya çempionatında və son Millətlər Liqası oyunlarında uğurlu çıxışı futbolçunun populyarlığını daha da artırıb.