- Transfer
- 23:23 07.10.2026
“Transfermarkt” portalı hazırda azad agent statusunda olan futbolçuların bazar dəyərlərini yeniləyib.
90deqiqe.Az-ın məlumatına görə, reytinqə İngiltərə millisinin futbolçusu Ceydon Sanço başçılıq edir. 26 yaşlı vingerin hazırkı bazar dəyəri 10 milyon avro təşkil edir. Son yenilənmə ilə müqayisədə Sançonun qiyməti 8 milyon avro azalıb. O, ötən mövsüm “Aston Villa”nın formasını geyinib.
İkinci pillədə Aleksandr Zinçenko qərarlaşıb. Ukraynalı müdafiəçinin bazar dəyəri 6 milyon avro qiymətləndirilir. Zinçenko ötən yay Amsterdam “Ayaks”ından ayrılıb. O, 2026-cı ilin ilk yarısında Niderland klubunun heyətində cəmi iki matçda meydana çıxıb.
Üçüncü yeri isə Abdullaye Dukur və Kərim Benzema bölüşürlər. Hər iki futbolçunun bazar dəyəri 4 milyon avro göstərilib.