- Transfer
- 23:23 07.10.2026
Mötəbər “Transfermarkt” portalının ekspertləri İngiltərə çempionatında çıxış edən bəzi futbolçuların bazar dəyərlərini yeniləyiblər.
90deqiqe.Az-ın məlumatına görə, ən çox ucuzlaşan futbolçu “Liverpul”un yarımmüdafiəçisi Florian Virts olub. Almaniyalı oyunçunun qiyməti 15 milyon avro azaldılıb. Beləliklə, onun hazırkı bazar dəyəri 100 milyon avrodan 85 milyon avroya düşüb.
Qeyd edək ki, Virts karyerasının ən yüksək nöqtəsində 140 milyon avro dəyərində qiymətləndirilib. Lakin futbolçu “Liverpul”da hələlik potensialını tam nümayiş etdirə bilmir.
Premyer Liqada ən çox ucuzlaşan futbolçular siyahısında ikinci pilləni üç oyunçu bölüşüb. Onların hər birinin bazar dəyəri 10 milyon avro azalıb.
Belə ki, “Arsenal”ın yarımmüdafiəçisi Martin Zubimendinin yeni qiyməti 65 milyon avro, Viktor Dyökeresin 55 milyon avro, “Tottenhem”in hücumçusu Rişarlisonun isə 15 milyon avro təşkil edib.
Qeyd edək ki, “Transfermarkt” Premyer Liqada ən çox bahalaşan futbolçuların da yeni qiymətlərini açıqlayıb.