- Transfer
- 23:23 07.10.2026
Futbolda əsasən “Mançester Siti”dəki çıxışları ilə tanınan David Silva karyerasını bərpa edib.
90deqiqe.Az-ın “South China Morning Post"a istinadən məlumatına görə, 40 yaşlı futbolçu Honkonqda çıxış edən “Şa Tin” klubunun formasını geyinəcək. Klub ispaniyalı futbolçu ilə qısamüddətli müqavilə imzalayaraq onu yerli Premyer Liqada çıxış etməyə razı salıb.
David Silva 2023-cü ilin yayında futbolçu karyerasını başa vurmuşdu. O, peşəkar karyerası ərzində “Valensiya”, icarə əsasında “Eybar” və “Selta”, həmçinin “Mançester Siti” və “Real Sosyedad”ın formasını geyinib.
İspaniyalı yarımmüdafiəçi “Mançester Siti”də 10 mövsüm keçirib və bu müddətdə klubla 14 titul qazanıb.