8 oktyabr 2026. Cümə axşamı

Deklan Rays “Arsenal”la yeni müqavilə imzalayacaq


  • Transfer
  • 23:23 07.10.2026
  • Oxunma sayı: 35
Deklan Rays “Arsenal”la yeni müqavilə imzalayacaq

İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays “Arsenal”la uzunmüddətli yeni müqavilə imzalamağa yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə BBC Sport məlumat yayıb.Tərəflər arasında yeni sözləşmə ilə bağlı danışıqlar isə artıq son mərhələdədir.

Rays “Arsenal”ın heyətində 150-dən çox oyunda start heyətində meydana çıxıb. İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel bu həftə onu Avropanın ən yaxşı yarımmüdafiəçilərindən biri adlandırıb.

Mənbənin məlumatına görə, yeni müqavilə imzalandıqdan sonra Raysın maaşı əhəmiyyətli dərəcədə artacaq. Hazırda həftədə təxminən 277 min avro qazanan futbolçunun yeni məvacibi “Arsenal”ın ən yüksək maaş alan oyunçusu Bukayo Sakanın gəlirinə yaxın olacaq. Saka həftədə təxminən 404 min avro qazanır.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2023-cü ildə “Vest Hem”dən “Arsenal”a keçdikdən sonra komandanın əsas oyunçularından birinə çevrilib. Onun hazırkı müqaviləsi gələn mövsümün sonuna qədər nəzərdə tutulub.Raysla bağlı danışıqların aparıldığı xəbərindən bir gün əvvəl “Arsenal” baş məşqçi Mikel Arteta ilə yeni dördillik müqavilə imzaladığını açıqlayıb.







Transfer