- Transfer
- 20:22 08.10.2026
“İnter”in yarımmüdafiəçisi Petar Suçiç klubla müqaviləsini uzatmaq istəyir.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “FcInter1908” məlumat yayıb.
Xorvatiyalı futbolçu Milandakı ilk mövsümündən sonra daha çox oyun vaxtı qazanacağını gözləsə də, hələlik bu baş verməyib. Kertis Consun komandaya keçidindən sonra “İnter”in yarımmüdafiəsində rəqabət daha da artıb.
Futbolçunun ətrafı onun müqavilə şərtlərinə yenidən baxılmasının vaxtının çatdığını düşünür. Hazırda Suçiç il ərzində təxminən 1,5 milyon avro qazanır və komandanın ən az maaş alan futbolçularından biridir.
“İnter” isə müqavilənin yenilənməsini təcili məsələ hesab etmir. Çünki 23 yaşlı yarımmüdafiəçinin klubla hazırkı sözləşməsi 2030-cu ilə qədər qüvvədədir.
Qeyd edək ki, Suçiç cari mövsümdə çempionatda və UEFA Çempionlar Liqasında ümumilikdə 5 matç keçirib. O, bu qarşılaşmaların ikisində start heyətində yer alıb.