- Transfer
- 21:52 08.10.2026
“Əl-Nəsr”in rəhbərliyi hücumçu Joau Felikslə yolları ayırmaq istəmir.
90deqiqe.Az-ın “Sport"a istinadən məlumatına görə, Səudiyyə Ərəbistanında uğurlu çıxışından sonra Avropaya qayıtmaq istədiyini bildirən portuqaliyalı futbolçu yenidən qitənin aparıcı çempionatlarından birində özünü sınamaq arzusundadır.
“Əl-Nəsr”in yeni prezidenti ulduz hücumçunun müqaviləsini uzatmaq niyyətindədir. Bu istiqamətdə artıq işlərə başlanılıb.
Son vaxtlar Joau Feliksin “Barselona”ya qayıda biləcəyi ilə bağlı xəbərlər yayılıb. Bununla yanaşı, digər Avropa nəhənglərinin də 26 yaşlı futbolçuya maraq göstərdiyi bildirilir.
Joau Feliksin “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir. Məlumata əsasən, tərəflər yeni anlaşma əldə edəcəyi təqdirdə müqavilə daha iki il uzadıla bilər.