- Transfer
- 21:52 08.10.2026
“Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey yaxın gələcəkdə İngiltərəyə qayıda bilər.
90deqiqe.Az-ın “Transfer News Live"a istinadən məlumatına görə, 29 yaşlı futbolçunun Premyer Liqaya qayıtmağa açıq olduğu və artıq İngiltərə çempionatında mümkün variantları nəzərdən keçirdiyi bildirilir.Futbolçunun agenti artıq bir neçə Premyer Liqa klubu ilə əlaqə saxlayıb.
Skott Maktomineyin “Napoli” ilə hazırkı müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Lakin İtaliya klubunun yarımmüdafiəçinin maaş tələblərini qarşılamağa hazır olmadığı üçün anlaşmanın uzadılması gözlənilmir.
Qeyd edək ki, daha əvvəl şotlandiyalı futbolçunun “Mançester Yunayted”ə qayıda biləcəyi barədə xəbərlər yayılmışdı.
Maktomineyin mümkün transferinin 25-30 milyon avroya başa gələcəyi bildirilir.