9 oktyabr 2026. Cümə

“Milan” Endriki bu şərtlərlə transfer edə bilər


  • Transfer
  • 23:34 08.10.2026
  • Oxunma sayı: 38
“Milan” Endriki bu şərtlərlə transfer edə bilər

“Milan” qış transfer pəncərəsində “Real Madrid”lə Endrikin icarəsi ilə bağlı razılığa gəlməyə çalışacaq.

90deqiqe.Az-ın “La Gazzetta dello Sport"a istinadən məlumatına görə, tərəflər arasında mümkün transfer üçün “Real Madrid” və “Komo”nun argentinalı futbolçu Niko Pasla bağlı razılaşmasına bənzər sxemdən istifadə edilə bilər.

2024-cü ildə Niko Pas 6 milyon avro qarşılığında “Komo”ya keçib. “Real Madrid” futbolçunun növbəti satışından 50 faiz pay və geri satınalma hüququnu özündə saxlayıb. Daha sonra “Komo” həmin payı 60 milyon avroya alıb, Madrid klubu isə 2027-ci ilin yayında 80 milyon avroya geri satınalma hüququ əldə edib.

20 yaşlı Endrik ötən mövsümün ikinci yarısını icarə əsasında “Lion”da keçirib. Yayda “Real Madrid”ə qayıtdıqdan sonra isə cəmi 4 dəqiqə meydanda olub.

Qeyd edək ki, “Milan” yay transfer pəncərəsində də En







Transfer