9 oktyabr 2026. Cümə

“Yuventus” Niko Qonsaleslə müqaviləni uzatdı


  • Transfer
  • 22:35 09.10.2026
  • Oxunma sayı: 18
“Yuventus” Niko Qonsaleslə müqaviləni uzatdı

“Yuventus” argentinalı hücumçusu Niko Qonsaleslə müqavilənin müddətini uzadıb.

90deqiqe.Az-ın məlumatına görə, yeni anlaşma 2030-cu il iyunun 30-dək qüvvədə olacaq.

 Madrid klubu yayda futbolçunun transfer hüquqlarını tam almağa çalışsa da, tərəflər qiymətlə bağlı razılığa gələ bilməyiblər.

Yeni mövsümün əvvəlində Qonsales yenidən “Yuventus”un əsas oyunçularından birinə çevrilib. O, bütün turnirlərdə beş matçda iştirak edərək iki qol vurub. Argentinalı futbolçu A Seriyasının son üç qarşılaşmasında start heyətində meydana çıxıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2025/2026 mövsümünü icarə əsasında Madrid “Atletiko”sunda keçirdikdən sonra Turin klubuna qayıdıb. Argentinalı hücumçu İspaniya təmsilçisinin heyətində 35 oyunda beş qol vurub. Lakin çempionatda məcburi transfer şərtinin qüvvəyə minməsi üçün tələb olunan sayda matçda iştirak etməyib.







Transfer