10 oktyabr 2026. Şənbə

“Milan” Modriçin əvəzləyicisini İngiltərədə axtarır


  • Transfer
  • 01:11 10.10.2026
  • Oxunma sayı: 59
“Milan” Modriçin əvəzləyicisini İngiltərədə axtarır

Luka Modriç “Milan”da son mövsümünü keçirir.

90deqiqe.Az -ın “Pianeta Milan"a istinadən məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi böyük futboldakı karyerasını da başa vurmağa yaxındır. Buna görə də İtaliya klubu onun əvəzləyicisi ola biləcək futbolçuları nəzərdən keçirir.

Namizədlər İngiltərə Premyer Liqasında çıxış edən Aleks Skott (“Bornmut”) və isveçli Yasin Ayari (“Brayton”)dır.

Məlumata əsasən, “Milan” rəhbərliyi Ayarinin namizədliyinə daha çox maraq göstərir. Belə ki, gələn ilin yayında futbolçunun müqaviləsi başa çatacaq və o, İtaliya klubuna azad agent kimi keçə bilər.

Qeyd edək ki, hazırda “Milan” İtaliya çempionatının turnir cədvəlində beşinci pillədə qərarlaşıb.







Transfer