- Transfer
- 15:35 10.10.2026
İngiltərənin “Çelsi” klubu yarımmüdafiəçisi Koul Palmerlə müqavilənin müddətini uzadıb.
90deqiqe.Az-ın London təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, yeni anlaşma 2034-cü il iyunun sonunadək qüvvədə olacaq.
24 yaşlı futbolçu 2023-cü ilin sentyabrından “Çelsi”də çıxış edir. Palmer London klubunun heyətində keçirdiyi 138 oyunda 58 qol vurub və 34 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Koul Palmer “Çelsi” ilə UEFA Konfrans Liqasının və klublararası dünya çempionatının qalibi olub.