11 oktyabr 2026. Bazar günü

“Tottenhem” De Zerbinin istefasını planlaşdırmır


  • Transfer
  • 18:06 11.10.2026
  • Oxunma sayı: 53
“Tottenhem” De Zerbinin istefasını planlaşdırmır

“Tottenhem” rəhbərliyi baş məşqçi Roberto De Zerbi ilə yolları ayırmaq niyyətində deyil.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “TEAMtalk” nəşri məlumat yayıb.

London təmsilçisi İngiltərə Premyer Liqasına uğursuz start versə də, klub rəhbərliyi italiyalı mütəxəssisi layihənin həyata keçirilməsi üçün uyğun məşqçi hesab edir. Komanda altı oyunda cəmi üç xal toplayıb. Buna baxmayaraq, rəhbərlik nəticələrin yaxşılaşacağına ümid edir.

De Zerbinin də fəaliyyətini davam etdirmək niyyətində olduğu bildirilir. Mənbənin məlumatına görə, onun öz istəyilə komandadan ayrılacağı ilə bağlı narahatlıq yoxdur.

Qeyd edək ki, “Tottenhem” yay transfer pəncərəsində heyətin gücləndirilməsinə xeyli vəsait xərcləyib. Bu səbəbdən klub rəhbərliyi baş məşqçiyə işləmək üçün vaxt vermək istəyir.

De Zerbinin fəaliyyətinə qiymət verilərkən ötən mövsümün sonundakı işi də nəzərə alınır. O, martın sonunda, komandanın Premyer Liqada qalmaq uğrunda mübarizə apardığı vaxt “Tottenhem”ə rəhbərlik etməyə başlayıb və London klubunun elitada yerini qorumasına kömək edib.







Transfer