11 oktyabr 2026. Bazar günü

Klarens Seedorf məşqçilik karyerasını bərpa etdi


  • Transfer
  • 18:56 11.10.2026
  • Oxunma sayı: 52
Klarens Seedorf məşqçilik karyerasını bərpa etdi

Niderlandlı mütəxəssis Klarens Seedorf yenidən məşqçilik fəaliyyətinə başlayıb.

90deqiqe.Az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis Braziliyanın “Korintians” klubunun baş məşqçi təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Zeyedorfla 2027-ci ilin sonunadək qüvvədə olacaq müqavilə imzalanıb.

Qeyd edək ki, Seedorf daha əvvəl “Milan” (2014), “Şençjen” (2016), “Deportivo” (2018) klublarını və Kamerun millisinin (2018–2019) çalışdırıb. O, bu komandaların heç birində uzun müddət işləməyib. Mütəxəssisin ən uzun məşqçilik fəaliyyəti “Milan”da olub və komandanı 22 matça çıxarıb.

Futbolçu kimi isə Seedorf daha çox “Milan”da keçirdiyi 10 mövsümlə tanınır.

Qeyd edək ki, “Korintians” bazar günü axşam Braziliya çempionatı çərçivəsində səfərdə “Palmeyras”la qarşılaşacaq.







Transfer