- Transfer
- 13:12 13.10.2026
İspaniyanın “Real Madrid” klubunun sabiq futbolçusu Daniel Karvahal karyerasını “Xetafe”də davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi ilə müqavilə imzalanıb. Anlaşmanın detalları açıqlanmayıb.
Qeyd edək ki, Karvahal bu ilin yayında “Real Madrid”dən ayrılıb. O, 2002-ci ildə Madrid klubunun akademiyasına qoşulub, həmçinin Almaniyanın “Bayer Leverkuzen” komandasında çıxış edib.