13 oktyabr 2026. Çərşənbə axşamı

“Sabah”ın rəqibi Niko Kovaçla müqaviləni uzadıb


  • Transfer
  • 13:12 13.10.2026
  • Oxunma sayı: 33
“Sabah”ın rəqibi Niko Kovaçla müqaviləni uzadıb

Almaniyanın “Borussiya Dortmund” klubu baş məşqçisi Niko Kovaçla müqavilənin müddətini uzadıb.

90deqiqe.Az-ın Dortmund təmsilçisinin saytına istinadən məlumatına görə, 54 yaşlı mütəxəssis 2029-cu il iyunun 30-dək komandaya rəhbərlik edəcək.

Onunla yanaşı, köməkçi məşqçilər Robert Kovaç və Filip Tapaloviç də fəaliyyətlərini klubda davam etdirəcəklər.

Qeyd edək ki, “Borussiya Dortmund” UEFA Çempionlar Liqasının liqa mərhələsində “Sabah”ın rəqiblərindən biridir. Komandalar arasında qarşılaşma oktyabrın 20-də Bakıda keçiriləcək.







Transfer