- Transfer
- 23:46 14.10.2026
“Barselona”nın hücumçusu Həmzə Əbdülkərim qış transfer pəncərəsində komandanı tərk edə bilər.
90deqiqe.Az-ın “El Nacional"a istinadən məlumatına görə, misirli futbolçu mövsümöncəsi hazırlıq mərhələsində özünü yaxşı tərəfdən göstərsə də, rəsmi oyunlarda meydana çıxmaq üçün kifayət qədər şans qazanmır. O, indiyədək cəmi iki oyunda – birində dörd, digərində isə səkkiz dəqiqə meydanda olub.
18 yaşlı hücumçu ehtiyat oyunçular skamyasında qalmaqdan narazıdır. Baş məşqçi Hans-Diter Flik ona oyun vaxtının artırılacağına dair təminat verməsə, Əbdülkərim komanda dəyişikliyi barədə düşünə bilər.
Mənbənin məlumatına əsasən, futbolçu səbrinin tükənəcəyi təqdirdə qış transfer pəncərəsində digər klublardan gələcək təklifləri nəzərdən keçirməyə hazırdır.
Əbdülkərimin icarəyə verilməsi tərəflər üçün uyğun variant ola bilər.
Qeyd edək ki, “Transfermarkt” portalı misirli futbolçunun bazar dəyərini 8 milyon avro qiymətləndirir.