15 oktyabr 2026. Cümə axşamı

Mahrez karyerasını Qətərdə davam etdirəcək


  • Transfer
  • 23:46 14.10.2026
  • Oxunma sayı: 43
Mahrez karyerasını Qətərdə davam etdirəcək

Qətərin “Əl-Şamal” klubu Əlcəzair millisinin sabiq futbolçusu Riyad Mahrezlə müqavilə imzalayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi komandaya azad agent kimi qoşulub.

Klub yeni transferini Mahrezin Əlcəzair millisində və “Mançester Siti”də vurduğu qolların yer aldığı video ilə təqdim edib.

“Onun sol ayağı tarix yazıb, bizim ambisiyalarımız isə növbəti fəsli yazır”, – deyə klubun paylaşımında bildirilib.

“Əl-Şamal” Mahrezin karyerasında beşinci klub olacaq. O, daha əvvəl Fransanın “Havr”, İngiltərənin “Lester” və “Mançester Siti”, eləcə də Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandalarında çıxış edib.

Mahrez “Lester”in heyətində İngiltərə çempionluğunu qazanaraq sensasiyaya imza atıb. “Mançester Siti” ilə daha dörd dəfə Premyer Liqanın qalibi olub və UEFA Çempionlar Liqasını qazanıb. “Əl-Əhli” ilə isə Asiya Çempionlar Liqasının ikiqat qalibi olub.







Transfer