- Transfer
- 22:11 15.10.2026
“Arsenal” “Nyukasl”ın vingeri Bazumana Tureni transfer etməkdə maraqlıdır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Caught Offside” məlumat yayıb.
Futbolçunun mümkün transferini çətinləşdirən amillərdən biri müqaviləsinin müddətidir. Turenin “Nyukasl”la sözləşməsi 2031-ci ilə qədər qüvvədədir. Müqavilədə sərbəstqalma məbləğinin olub-olmadığı barədə məlumat yoxdur.
Məlumata görə, Fil Dişi Sahilindən olan futbolçu ilə “Liverpul” və “Mançester Yunayted” də maraqlanır.
Ture iyul ayında 42 milyon funt-sterlinq qarşılığında “Hoffenhaym”dan “Nyukasl”a keçib. O, ötən mövsüm Almaniya klubunun heyətində 17 qol epizodunda iştirak edib. Cari mövsümdə isə 20 yaşlı vinger “sağsağanlar”ın heyətində bütün turnirlərdə keçirdiyi beş matçda iki qol vurub. Bununla belə, o, hələ İngiltərə Premyer Liqasında heç bir oyuna start heyətində başlamayıb.
Qeyd edək ki, “Nyukasl”ın baş məşqçisi Mattias Yayssle daha əvvəl gənc futbolçunun İngiltərə futboluna uyğunlaşması üçün zamana ehtiyacı olduğunu bildirmişdi.