- Transfer
- 23:51 15.10.2026
Futbol insayderi Fabritsio Romano Madrid “Real”ının müdafiə xəttini gücləndirmək planları barədə məlumat verib.
90deqiqe.Az-ın məlumatına görə, “kral klubu” 2027-ci ildə heyətinə ən azı bir dünya səviyyəli mərkəz müdafiəçisi qatmağı planlaşdırır.
Romano bildirib ki, Madrid təmsilçisi ötən yay “İnter”in müdafiəçisi Alessandro Bastoni və “Mançester Siti”nin futbolçusu Ruben Diaşın transferini də nəzərdən keçirib.
Lakin yüksək transfer məbləğlərinə görə hər iki futbolçunun keçidindən imtina edilib. “Real Madrid” daha sonra fransalı müdafiəçi İbraim Konatenin transferinə yönəlib. Bildirilir ki, futbolçu kluba azad agent kimi qoşulub.
Qeyd edək ki, “Real Madrid” 2027-ci ildə müdafiə xəttini gücləndirmək üçün yeni transfer həyata keçirməyi hədəfləyir.