16 oktyabr 2026. Cümə

“Sassuolo” sabiq futbolçusu Françesko Açerbini transfer edə bilər


  • Transfer
  • 23:51 15.10.2026
  • Oxunma sayı: 18
“Sassuolo” sabiq futbolçusu Françesko Açerbini transfer edə bilər

İtaliyanın “Sassuolo” klubu müdafiəçi Fedde Leysenin ağır zədələnməsindən sonra müdafiə xəttinə daha bir futbolçu cəlb etməyi nəzərdən keçirir.

90deqiqe.Az-ın “SportItalia"ya istinadən məlumatına görə, yayda “Yunion”dan satınalma şərti ilə icarəyə götürülən Leysen bazar günü A Seriyasının “Milan”la oyununda (1:1) ön çarpaz bağ zədəsi alıb. Onun mövsümün böyük hissəsini buraxacağı gözlənilir.

“Sassuolo”nun Leyseni əvəz edə biləcək digər mərkəz müdafiəçiləri olsa da, klub azad agentlər bazarını araşdırır. Namizədlərdən biri iyunda “İnter”lə müqaviləsi başa çatan və hazırda klubsuz olan 38 yaşlı Françesko Açerbidir.

Açerbi 2013-2018-ci illərdə “Sassuolo”nun formasını geyinib və bütün turnirlərdə 173 oyun keçirib. Təcrübəli müdafiəçi İtaliya çempionatının yüksək divizionunda “İnter”, “Latsio”, “Sassuolo”, “Kyevo” və “Milan”ın heyətində ümumilikdə 423 matça çıxıb.







Transfer