17 oktyabr 2026. Şənbə

“Beşiktaş” “Reyncers”in futbolçusu ilə razılığa gəldi


  • Transfer
  • 22:50 16.10.2026
  • Oxunma sayı: 45
“Beşiktaş” “Reyncers”in futbolçusu ilə razılığa gəldi

Türkiyənin “Beşiktaş” klubu Şotlandiyanın “Reyncers” komandasında çıxış edən yarımmüdafiəçi Nikolas Raskinin qış transfer pəncərəsində transferi ilə bağlı ilkin razılığa gəlib.

90deqiqe.Az-ın “Sabah"a istinadən məlumatına görə, transferin məbləği bonuslarla birlikdə təxminən 17 milyon avro təşkil edəcək. İstanbul təmsilçisi belçikalı futbolçu ilə illik 5 milyon avro maaş nəzərdə tutan şəxsi müqavilənin şərtlərini də razılaşdırıb. Tam razılaşmanın qış transfer pəncərəsi açıldıqdan sonra rəsmiləşdiriləcəyi bildirilir.

Məlumata əsasən, yayda “Beşiktaş”a qoşulan Leandro Trossard da transfer prosesində mühüm rol oynayıb. Belçikalı futbolçu millidəki komanda yoldaşı ilə söhbətində klub və İstanbul barədə müsbət fikirlər səsləndirib.

Qeyd edək ki, yayda Raskin “Hall Siti”, “Atalanta”, “Bolonya” və “Betis” kimi klubların da maraq dairəsində olub. Lakin onu transfer etməkdə ən israrlı tərəf “Beşiktaş” olub. Türkiyə klubu əvvəlcə icarə təklif etsə də, “Reyncers” bu təklifi qəbul etməyib. Tam transferlə bağlı danışıqlar da nəticəsiz qalıb.

Nikolas Raskin cari mövsümdə Şotlandiya klubunun heyətində bütün turnirlərdə 10 oyuna çıxıb və məhsuldar göstərici ilə yadda qalmayıb.







Transfer