17 oktyabr 2026. Şənbə

“Betis” Troy Parrottu qışda satmayacaq


  • Transfer
  • 22:58 16.10.2026
  • Oxunma sayı: 59
“Betis” Troy Parrottu qışda satmayacaq

İspaniyanın “Betis” klubu hücumçusu Troy Parrottu yanvar transfer pəncərəsində satmaq niyyətində deyil.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə ispaniyalı jurnalist Kristian Vakerо məlumat verib.

“Qış transfer pəncərəsi ərəfəsində Troy Parrottla “Mançester Yunayted” və ya “Tottenhem” arasında mümkün keçidlə bağlı konkret xəbər yoxdur. “Betis” onu yanvarda satmayacaq. İngiltərə klubları 2027-ci ilin yayında hücumçuya maraq göstərə bilərlər. Pərrottun müqaviləsindəki sərbəstqalma məbləği 100 milyon avrodur”, – deyə jurnalist sosial şəbəkə hesablarında yazıb.

Qeyd edək ki, Troy Parrott 2026-cı ilin yayında Niderlandın AZ klubundan “Betis”ə keçib. Hücumçunun İspaniya təmsilçisi ilə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir.

O, cari mövsümdə 7 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.







Transfer