- Transfer
- 22:00 05.12.2025
Latsio'nun futbolçusu Sergey Milinkoviç-Saviç karyerasını İngiltərədə davam etdirə bilər.
Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, "Çelsi" mövsümün sonunda 24 yaşlı futbolçunu heyətinə qatmağa çalışacaq. "Zadəganlar" serbiyalı futbolçu üçün qarşı tərəfə 60 milyon avro təklif edəcək.
Qeyd edək ki, Sergey Milinkoviç-Saviç "Latsio"ya 2015-ci ildə "Genk"dən transfer olunub.