- Transfer
- 16:35 17.10.2026
“Tottenhem” qış transfer pəncərəsində yeni hücumçu almağı planlaşdırır.
90deqiqe.Az-ın “TEAMtalk"a istinadən məlumatına görə, London klubunun baş məşqçisi Roberto De Zerbi hücum xəttini gücləndirmək üçün beş namizəd müəyyənləşdirib. Bunlar “Benfika”dan Vangelis Pavlidis, “Espanyol”dan Roberto Fernandes, “Real”dan Endrik, “Frayburq”dan İqor Matanoviç və “Kristal Pelas”dan Jan-Filipp Matetedir.
Qeyd edək ki, “Tottenhem” İngiltərə Premyer Liqasının yeni mövsümünə uğursuz başlayıb. Komanda ilk altı turda cəmi üç xal toplayıb və hələ qələbə qazana bilməyib.
London təmsilçisi oktyabrın 19-da Premyer Liqanın yeddinci turunda “Koventri”ni qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.