17 oktyabr 2026. Şənbə

“Çelsi” “Borussiya”nın 17 yaşlı futbolçusunu transfer etmək istəyir


  • Transfer
  • 16:35 17.10.2026
  • Oxunma sayı: 34
“Çelsi” “Borussiya”nın 17 yaşlı futbolçusunu transfer etmək istəyir

“Çelsi” klubu Dortmund “Borussiya”sının 17 yaşlı cinah oyunçusu Matis Alberti transfer etməkdə maraqlıdır.

90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisi futbolçunu hələ yanvarda heyətinə qatmaq istəyib. Lakin Almaniya klubu oyunçunu komandada saxlamaq qərarına gəlib.

Albertin transferi yalnız gələn yay, futbolçunun 18 yaşı tamam olduqdan sonra mümkün ola bilər.

Qeyd edək ki, amerikalı yarımmüdafiəçinin Dortmund təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonunda başa çatır. Transfermarkt portalı onun bazar dəyərini 5 milyon avro qiymətləndirir.







Transfer