18 oktyabr 2026. Bazar günü

Antonio Konte “Mançester Yunayted”in baş məşqçisi olmaq istəyir


  • Transfer
  • 23:53 17.10.2026
  • Oxunma sayı: 19
Antonio Konte “Mançester Yunayted”in baş məşqçisi olmaq istəyir

İtaliyalı mütəxəssis Antonio Kontenin nümayəndələri “Mançester Yunayted” rəhbərliyi ilə əlaqələri bərpa edərək klubun baş məşqçisi vəzifəsinə maraqlarını təsdiqləyiblər.

90deqiqe.Az-ın “TEAMtalk"a istinadən məlumatına görə, Konte “Old Trafford”da dərhal işə başlamağa hazırdır.

İtaliyalı məşqçi ötən mövsümün sonunda “Napoli”dən ayrıldıqdan sonra işsizdir. O, əvvəllər yeni mövsümün başlanmasını gözləyərək komanda ilə mövsümöncəsi hazırlıq keçirməyə üstünlük verirdi. Lakin indi mövqeyini dəyişib.

Məlumata əsasən, Konte söhbət tarixi ənənələri olan klubdan gedirsə, mövsümün ortasında komandaya rəhbərlik etməyə də müsbət yanaşır. Məşqçi son müsahibəsində əvvəlki səviyyəsinə qayıtmaq istəyən, zəngin tarixə malik komandanı çalışdırmağa hazır olduğunu bildirib.

Kontenin təyinatı baş tutarsa, o, yanvar transfer pəncərəsində heyətin üç yeni futbolçu ilə gücləndirilməsini tələb edəcək.

“Mançester Yunayted” cari mövsümdə İngiltərə Premyer Liqasının altı turundan sonra cəmi altı xal toplayıb. Komanda Liqa Kubokunda “Brayton”a məğlub olaraq mübarizəni dayandırıb, çərşənbə axşamı isə Çempionlar Liqasında “Atletiko”ya uduzub.

Qeyd edək ki, Konte 2026-cı ilin yayında da “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə maraq göstərib. Lakin klubun səhmdarlarından olan INEOS rəhbərliyi Maykl Kerrikə etimadını qoruyub.







Transfer