18 oktyabr 2026. Bazar günü

Viktor Qyökeres yanvarda “Arsenal”dan ayrılmaq istəyir


  • Transfer
  • 01:02 18.10.2026
  • Oxunma sayı: 37
Viktor Qyökeres yanvarda “Arsenal”dan ayrılmaq istəyir

İsveçli hücumçu Viktor Qyökeres yanvar ayında “Arsenal” klubunu tərk etməyi planlaşdırır.

90deqiqe.Az-ın “Football Italia"ya istinadən məlumatına görə, futbolçu ilə “Milan” və “Yuventus” maraqlanır.

Məlumata əsasən, hər iki İtaliya klubunda Qyökeres daha çox oyun vaxtı qazana bilər. “Milan” və “Yuventus” hücumçu ilə hələ yayda da maraqlanırdılar. Lakin “Sportinq”dən 70 milyon avroya transfer olunan futbolçu həmin vaxt İngiltərə Premyer Liqasında uğur qazanmağa ümid edirdi.

Qyökeres cari mövsümdə Premyer Liqa oyunlarının heç birində “Arsenal”ın start heyətində yer almayıb. Bununla belə, o, komandanın Çempionlar Liqasındakı hər iki matçına ilk dəqiqələrdən başlayıb.

Qeyd edək ki, isveçli hücumçu “Arsenal”ın heyətində ümumilikdə 62 oyunda meydana çıxıb və 21 qol vurub.







Transfer