- Transfer
- 22:24 18.10.2026
Almaniya millisinin və Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Feliks Nmeça İngiltərə Premyer Liqasının klublarından birinə keçə bilər.
90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı futbolçu “Liverpul”un transfer siyahısında yer alır. Mersisayd təmsilçisi “Bornmut”un yarımmüdafiəçisi Aleks Skottun transferini reallaşdıra bilməsə, Nmeça alternativ variant kimi nəzərdən keçiriləcək.
Qeyd edək ki, Nmeçanın Dortmund klubu ilə müqaviləsində 80 milyon avro məbləğində sərbəstqalma bəndi var. Bu bənd iyunun sonunadək qüvvədədir.
Feliks Nmeça cari mövsüm Bundesliqada altı oyunda meydana çıxıb və iki qol vurub. Onun “Borussiya” ilə müqaviləsi 2030-cu il iyunun sonunadək qüvvədədir.