İngiltərənin Liverpool klubunun 23 yaşlı belçikalı hücumçusu Divok Origi Türkiyə çempionatına keçə bilər. Corner.az Goal.az-a istinadən xəbər verir ki, Galatasaray klubu belçikalı hücumçunu transfer etməkdə maraqlıdır. 23 yaşlı hücumçu Liverpool-un baş məşqçisi Yürgen Kloppun etimadını doğrulda bilməyib. Xatırladaq ki, yay transfer pəncərəsində Liverpool-un qapıçı Loris Karius İstanbulun digər təmsilçisi, Beşiktaş klubuna keçmişdi.