- Transfer
- 14:01 19.10.2026
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Rakuv” klubu baş məşqçisi Tomaş Kaçmareklə yollarını ayırıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis sentyabrın əvvəlində bu vəzifəyə təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında keçirdiyi oyunlarda iki qələbə qazanıb, üç dəfə isə məğlub olub.
Qeyd edək ki, bu, “Rakuv”da cari mövsümdə baş məşqçi dəyişikliyi ilə bağlı növbəti qərardır. Klub avqustun sonunda David Kroçeklə də yollarını ayırıb.
Hazırda “Rakuv” Polşa çempionatında 6 xalla turnir cədvəlinin sonuncu, 18-ci pilləsində qərarlaşıb.