21 oktyabr 2026. Çərşənbə

Arteta “Arsenal”a keçməzdən əvvəl “Nyukasl”ı çalışdıra bilərmiş


  • Transfer
  • 23:33 20.10.2026
  • Oxunma sayı: 45
Arteta “Arsenal”a keçməzdən əvvəl “Nyukasl”ı çalışdıra bilərmiş

Mikel Arteta 2019-cu ilin dekabrında “Arsenal”ın baş məşqçisi təyin olunmazdan altı ay əvvəl “Nyukasl”ın sükanı arxasına keçə bilərmiş.

90deqiqe.Az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, həmin vaxt “Nyukasl” rəhbərliyi Artetaya baş məşqçi postunu təklif edib. “Mançester Siti”nin məşqçilər heyətində çalışsa da, baş məşqçi kimi təcrübəsi olmayan mütəxəssis bu təklifi qəbul etmək istəyib.

Lakin Arteta İngiltərənin şimal təmsilçisinə rəhbərlik etməyib. Buna səbəb onun məşqçilər korpusunda güvənə biləcəyi əvvəlki köməkçilərinin olmaması, komandaya cəlb etmək istədiyi mütəxəssislərin isə həmin vaxt ona qoşula bilməməsi olub.

Bir neçə ay sonra Arteta “Arsenal”ın baş məşqçisi təyin edilib və o vaxtdan London klubunu çalışdırır.

Qeyd edək ki, ötən mövsüm “Arsenal” Artetanın rəhbərliyi altında İngiltərə çempionu olub.







Transfer