- Transfer
- 23:51 20.10.2026
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu “Real Madrid”in futbolçusu Brahim Diası transfer etməkdə maraqlıdır və onun üçün 25 milyon avro təklif etməyə hazırdır.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat yayıb.
Mənbənin sözlərinə görə, Səudiyyə klubu hücumun sağ cinahını gücləndirmək niyyətindədir və mərakeşli futbolçunu əsas transfer hədəflərindən biri hesab edir.
Cari mövsümün əvvəlindən hücum xəttindəki yüksək rəqabət səbəbindən Brahim Dias gözlədiyindən daha az oyun vaxtı alır. Buna baxmayaraq, mənbənin məlumatına görə, futbolçu “Real Madrid”də qalmağa və əsas heyətdə yer uğrunda mübarizəni davam etdirməyə üstünlük verir.
Qeyd edək ki, Brahim Diasın “Real Madrid”lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir. Hazırda klublar arasında rəsmi razılaşma yoxdur.