- Transfer
- 22:29 22.10.2026
“Real Madrid”in yarımmüdafiəçisi Arda Gülər İspaniya klubu ilə müqaviləsini uzadıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O türkiyəli futbolçunun 2032-ci ilin ortalarına qədər qüvvədə olacaq yeni müqaviləyə imza atdığını qeyd edib.
Romanonun sözlərinə əsasən, klubla futbolçu arasında razılıq hələ sentyabr ayında əldə olunub. Hazırda bütün sənədlər imzalanaraq rəsmiləşdirilib. “Real Madrid”in yaxın zamanda müqavilənin uzadılması ilə bağlı rəsmi açıqlama yayacağı gözlənilir.
Qeyd edək ki, Arda Gülər 2023-cü ilin yayında “Fənərbağça”dan “Real Madrid”ə keçib. O, Madrid təmsilçisinin heyətində indiyədək 123 oyunda meydana çıxıb, 21 qol vurub və 30 məhsuldar ötürmə ilə yadda qalıb.