- Transfer
- 23:52 22.10.2026
“Arsenal” yarımmüdafiəçisi Deklan Raysla yeni müqavilənin imzalanmasını yaxın vaxtlarda rəsmən elan edə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Now Arsenal” sosial şəbəkə hesabında məlumat yayıb. Tərəflər müqavilənin imzalanması ilə bağlı danışıqların son mərhələsindədirlər.
Deklan Rays 2023-cü ilin yayından “Arsenal”da çıxış edir. O, komandanın mərkəz xəttinin əsas oyunçularından biridir və İngiltərə Premyer Liqası ilə yanaşı, UEFA Çempionlar Liqasında da müntəzəm olaraq meydana çıxır. Hazırda futbolçunun London klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, ötən çərşənbə günü “Arsenal” Münhendə “Bavariya”nın qonağı olub. Qarşılaşmanın ikinci hissəsinin sonlarına yaxın Raysın vurduğu qol London təmsilçisinə səfərdən bir xalla qayıtmağa kömək edib. Matç 2:2 hesabı ilə başa çatıb.