23 oktyabr 2026. Cümə

“Mançester Yunayted” Konte ilə bağlı qərar verməyə tələsmir


  • Transfer
  • 01:21 23.10.2026
  • Oxunma sayı: 45
“Mançester Yunayted” Konte ilə bağlı qərar verməyə tələsmir

Maykl Kerrikin “Mançester Yunayted”dəki gələcəyi sual altındadır.

90deqiqe.Az-ın “The Times” nəşrinə istinadən məlumatına görə, İngiltərə klubu baş məşqçi postuna bir neçə namizədi nəzərdən keçirir. Onların arasında hazırda işsiz olan italiyalı mütəxəssis Antonio Konte də var.

 “Mançester Yunayted” rəhbərliyi Kontenin mümkün təyinatı ilə bağlı müəyyən narahatlıqlar keçirir.

Klubda italiyalı mütəxəssisin emosional və sərt xarakterinin komanda daxilində problemlər yarada biləcəyindən ehtiyat edirlər. Digər əsas məqam isə onun maliyyə tələbləridir. Belə ki, Kontenin illik maaşının 10 milyon funt sterlinqdən çox ola biləcəyi bildirilir. Bu məbləğ isə “qırmızı şeytanlar” üçün qəbuledilməz hesab olunur.

Qeyd edək ki, Antonio Konte İngiltərədə daha əvvəl “Çelsi” (2016–2018) və “Tottenhem”ə (2021–2023) rəhbərlik edib. O, 2024-cü ilin yayından “Napoli”də çalışdıqdan sonra klubdan ayrılıb.







Transfer