- Transfer
- 23:53 23.10.2026
PSJ İspaniyanın “Atletik” klubunun hücumçusu Niko Uilyamsın transferində maraqlıdır.
90deqiqe.Az-ın “Eurosport”a istinadən məlumatına görə, Paris klubunun bu addımı Xviça Kvaratsxeliyanın zədələnməsi ilə əlaqədardır.
24 yaşlı futbolçu Paris təmsilçisinin heyətini gücləndirmək üçün əsas namizədlərdən birinə çevrilib. PSJ ispaniyalı futbolçunu artıq bir neçə ildir izləyir.
Qeyd edək ki, Kvaratsxeliya oktyabrın 20-də UEFA Çempionlar Liqasında “Barselona” ilə oyunda sağ dizinin ön çarpaz bağını qoparıb. Gürcüstanlı futbolçunun meydana ən tez 2027-ci ilin mayında qayıdacağı gözlənilir.
Niko Uilyams cari mövsümdə La Liqada yeddi matçda iştirak edib və bir qol vurub. “Transfermarkt” portalının məlumatına görə, “Atletik”in futbolçusunun bazar dəyəri 40 milyon avrodur.