24 oktyabr 2026. Şənbə

“Mançester Yunayted” Niko Pası transfer etməkdə maraqlıdır


  • Transfer
  • 15:56 24.10.2026
  • Oxunma sayı: 44
“Mançester Yunayted” Niko Pası transfer etməkdə maraqlıdır

İtaliyanın “Komo” klubuna məxsus yarımmüdafiəçi Niko Pas karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, “Mançester Yunayted” 22 yaşlı futbolçunun inkişafını yaxından izləyir. “Qırmızı şeytanlar” argentinalını uzunmüddətli perspektivdə Bruno Fernandeşin əvəzləyicisi kimi nəzərdən keçirirlər.

Gənc yarımmüdafiəçiyə maraq göstərən klublar arasında Madrid “Real”ı, “Arsenal” və “Çelsi” komandaları da var.

Niko Pasın “Komo” ilə müqaviləsi 2028-ci il iyunun sonunadək qüvvədədir. Futbolçunun bazar dəyəri 80 milyon avro qiymətləndirilir.







Transfer