27 oktyabr 2026. Çərşənbə axşamı

“Milan” Bruno Fernandeşi transfer etmək istəyir


  • Transfer
  • 01:12 27.10.2026
  • Oxunma sayı: 38
“Milan” Bruno Fernandeşi transfer etmək istəyir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş “Milan”ın maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın “Calciomercato”ya istinadən məlumatına görə, portuqaliyalı futbolçunun klub və məşqçilər korpusu ilə bağlı son tənqidi açıqlamalarından sonra onun gələcəyi sual altına düşüb. İtaliya klubunun nümayəndələri vəziyyəti yaxından izləyirlər. “Milan”ın baş məşqçisi Ruben Amorim isə həmyerlisi ilə yenidən bir komandada çalışmağa ümid edir.

 32 yaşlı futbolçunun qüvvədə olan müqaviləsinin başa çatmasına altı ay qalmış, gələn ilin yanvarında komandadan ayrılmaq qərarı verməsi də istisna olunmur.

Bruno Fernandeş “Mançester Yunayted”in “Bornmut”a 0:3 hesabı ilə məğlub olduğu son oyunda ehtiyat oyunçular skamyasında qalıb.

“Transfermarkt” portalı yarımmüdafiəçinin bazar dəyərini 35 milyon avro qiymətləndirir.







Transfer