- Transfer
- 23:17 27.10.2026
İngiltərənin “Liverpul” klubu “Valensiya”nın cinah hücumçusu David Otorbini transfer etməkdə maraqlıdır.
90deqiqe.Az-ın “Football Insider”ə istinadən məlumatına görə, Mersisayd təmsilçisi gənc futbolçuya görə artıq məbləğ ödəməyə hazır deyil.
Mənbənin məlumatına görə, “Liverpul” hücumun sağ cinahını gücləndirmək üçün futbolçu axtarışındadır. Əvvəlcə 19 yaşlı Otorbinin müqaviləsindəki sərbəstqalma məbləği 30 milyon avro təşkil edib. Bu isə onu İngiltərə klubunun transfer hədəflərindən birinə çevirib. Lakin müqavilənin şərtlərindən biri həmin məbləğin iki dəfə artırılmasına imkan verir.
“Liverpul” mövsümün ortasında gənc futbolçuya görə bu qədər böyük məbləğ xərcləmək niyyətində deyil.
Otorbi cari mövsümdə La Liqada 9 oyunda meydana çıxıb və “Rasinq”in qapısına bir qol vurub.