29 oktyabr 2026. Cümə axşamı

“Napoli” fransalı müdafiəçini transfer etmək istəyir


  • Transfer
  • 23:59 28.10.2026
  • Oxunma sayı: 54
“Napoli” fransalı müdafiəçini transfer etmək istəyir

“Napoli” “Udineze”nin mərkəz müdafiəçisi Umar Sole ilə müqavilə imzalamaq variantını yenidən nəzərdən keçirir. 

90deqiqe.Az-ın “Football Italia”ya istinadən məlumatına görə, futbolçunun yanvar ayında transfer olunması ehtimalı yüksək deyil.

Ötən transfer pəncərəsində 26 yaşlı fransalı müdafiəçinin yüksək qiyməti səbəbindən danışıqlarda irəliləyiş əldə olunmayıb. Eyni səbəbdən “İnter” də Sole ilə müqavilə imzalamaqdan imtina edib və onun əvəzinə Con Stounsu heyətinə qatıb.

Yanvar ayında “Napoli”nin əsas transfer hədəfləri yarımmüdafiəçi və hücumçu mövqeləridir. Müdafiə xəttində mümkün dəyişikliklərin isə mövsüm başa çatdıqdan sonra həyata keçirilməsi gözlənilir.

Qeyd edək ki, bazar dəyəri 20 milyon avro qiymətləndirilən Umar Sole hazırda ayağından aldığı zədədən sonra bərpa prosesi keçir.







Transfer