30 oktyabr 2026. Cümə

“Barselona” Jül Kunde ilə yollarını ayıra bilər


  • Transfer
  • 22:07 29.10.2026
  • Oxunma sayı: 62
“Barselona” Jül Kunde ilə yollarını ayıra bilər

“Barselona” müdafiəçisi Jül Kundeni satmağa hazırdır.

90deqiqe.Az-ın “The Touchline”yə istinadən məlumatına görə, Kataloniya klubu fransalı futbolçunun transferi ilə bağlı təkliflərə açıqdır.

Məlumata görə, Kunde “Barselona” üçün toxunulmaz futbolçu hesab edilmir. Artıq Londonun “Çelsi” klubu da mümkün transferin maliyyə tərəflərini araşdırır.

 Kataloniya təmsilçisi 27 yaşlı futbolçunu satışından gəlir əldə edə biləcəyi oyunçulardan biri kimi nəzərdən keçirir.

Qeyd edək ki, “Çelsi” 2022-ci ilin yayında da fransalı müdafiəçini heyətinə qatmağa çalışıb. Lakin həmin vaxt Kunde “Barselona”ya keçməyi seçib.

Transfermarkt portalı Jül Kundenin bazar dəyərini 55 milyon avro qiymətləndirir.







Transfer