- Transfer
- 22:49 29.10.2026
“Mançester Yunayted” mərkəz hücumçuları bazarını fəal şəkildə araşdırır. Benyamin Şeşkonun zədələnməsi və onun 2026-cı ildə meydana qayıtmayacağı ilə əlaqədar “qırmızı şeytanlar” qış transfer pəncərəsində hücum xəttini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Mançester təmsilçisinin hücum xəttini gücləndirmək üçün nəzərdən keçirdiyi namizədlərdən biri uzun müddətdir klubun diqqət mərkəzində olan Dominik Kalvert-Lyuindir.
Bununla belə, 29 yaşlı hücumçunun “Mançester Yunayted”ə transferi real görünmür. Bildirilir ki, “Lids” rəhbərliyi futbolçunun çıxışından razıdır və onunla əməkdaşlığı uzatmaq niyyətindədir.
Qeyd edək ki, Kalvert-Lyuin bu mövsüm “Lids”in heyətində 10 oyunda meydana çıxıb və beş qol vurub. “Transfermarkt” portalı ingiltərəli hücumçunun bazar dəyərini 25 milyon avro qiymətləndirir.