- Transfer
- 00:20 31.10.2026
“Arsenal” klubu yeni müqavilə ilə bağlı razılıq əldə olunmayacağı təqdirdə yarımmüdafiəçi Martin Edeqorun 2027-ci ilin yayında satışını nəzərdən keçirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Sky Germany” məlumat yayıb.
Norveçli futbolçunun London təmsilçisi ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Edeqorun karyerasını davam etdirə biləcəyi mümkün ünvanlardan biri kimi Münhen “Bavariya”sı göstərilir.
Mənbənin məlumatına görə, alman klubu ilə futbolçunun ətrafı arasında bir neçə ildir əlaqələr mövcuddur. Edeqorun özü də “Bavariya”da çıxış etmək variantını istisna etmir.
Bununla belə, yarımmüdafiəçi hazırda Vensan Kompaninin rəhbərlik etdiyi komandanın əsas transfer hədəfləri sırasında yer almır.
Qeyd edək ki, 27 yaşlı futbolçu cari mövsümdə 14 oyunda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə verib.