31 oktyabr 2026. Şənbə

“Fənərbağça”dan baş məşqçi postu üçün sürpriz namizəd


  • Transfer
  • 00:17 31.10.2026
  • Oxunma sayı: 50
“Fənərbağça”dan baş məşqçi postu üçün sürpriz namizəd

İsmail Kartalla yollarını ayırdıqdan sonra baş məşqçi axtarışlarına başlayan “Fənərbağça”nın gözlənilməz namizədə təklif göndərdiyi iddia olunur.

90deqiqe.Az-ın “Athlos News” nəşrinə istinadən məlumatına görə, İstanbul təmsilçisi ispaniyalı mütəxəssis Xose Luis Mendilibarla maraqlanır.

Məlumata əsasən, son saatlarda 61 yaşlı məşqçiyə maliyyə baxımından olduqca sərfəli müqavilə təklif olunub. Bununla belə, İspaniyanın “Valensiya” klubu da Mendilibara rəsmi təklif göndərib. Mütəxəssis hələlik bu təkliflərdən heç birinə müsbət cavab verməyib.

Qeyd edək ki, Xose Luis Mendilibar “Olimpiakos”dakı ilk mövsümündə UEFA Konfrans Liqasının 1/4 finalında “Fənərbağça”nı mübarizədən kənarlaşdırıb. Yunanıstan klubu həmin mövsüm turnirin qalibi olub.







Transfer