- Transfer
- 23:30 31.10.2026
“Barselona” müdafiə xəttini gücləndirmək üçün mərkəz müdafiəçisi ilə yanaşı, cinah müdafiəçisi transferini də nəzərdən keçirir.
90deqiqe.Az xəbər verir ki, bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Kataloniya klubunun rəhbərliyi üçün qış transfer pəncərəsində əsas prioritet təcrübəli mərkəz müdafiəçisi almaqdır.
Jül Kunde, Erik Qarsiya və Andreas Kristensenin zədələnməsi səbəbindən baş məşqçi Hans-Diter Flikin sərəncamında bu mövqedə yalnız Pau Kubarsi və Jerar Martin qalıb. Bu səbəbdən yarımmüdafiəçi Frenki de Yonq da mərkəz müdafiəçisi mövqeyində sınaqdan keçirilir.
Bununla yanaşı, klub rəhbərliyi yanvar ayında transfer bazarında sərfəli imkan yaranacağı təqdirdə daha bir cinah müdafiəçisi almağı da istisna etmir.
Kataloniyalıların bu mövqe üçün əsas hədəfi İspaniya millisinin və London “Tottenhem”inin 27 yaşlı müdafiəçisi Pedro Porrodur.