1 noyabr 2026. Bazar günü

“Bavariya” “Monako”nun hücumçusunu Harri Keynin əvəzləyicisi kimi görür


  • Transfer
  • 23:25 31.10.2026
  • Oxunma sayı: 39
“Bavariya” “Monako”nun hücumçusunu Harri Keynin əvəzləyicisi kimi görür

“Monako”nun hücumçusu Paris Brunner karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, 20 yaşlı futbolçu ilə Münhenin “Bavariya” klubu maraqlanır.

Almaniya çempionu Brunneri Harri Keynin uzunmüddətli əvəzləyicisi kimi nəzərdən keçirir. Bildirilir ki, hücumçunun transferi uğrunda mübarizədə “Bavariya” favorit hesab olunur.

Lakin Paris təmsilçisi PSJ, Londonun “Arsenal”ı və “Barselona” da futbolçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, 20 yaşlı almaniyalı futbolçu 2024-cü ilin avqustundan “Monako”da çıxış edir. Tərəflər arasında mövcud müqavilənin müddəti 2027/2028 mövsümünün sonunda başa çatır. “Transfermarkt” portalı Brunnerin transfer dəyərini 15 milyon avro qiymətləndirir.







Transfer